F-1.az xatırladır ki, fransalı sürücü yarışın birinci dövrəsində təcrübəli Kimi Rəykkönenlə təmas yaşayaraq mübarizəni dayandırmalı olub.
Esteban Okon: “Sözün açığı yaxşı start aldım və ikinci döngədə onu qabaqladım. Düzlükdə ondan öndə idim və o tamamilə arxamda idi. Nə etdiyini bilmirəm. Əyləcləri buraxdı və mənə çırpıldı. Gözəl başladığımız həftəsonunda vacib fürsəti əldən verdik. Məncə, Peresin çox xalması komanda üçün yaxşı oldu.
Kimiyə nə sözüm var? O danışmır. Ferrari-də olsa da, lazımi formada deyil. Şənbə və bazar günləri iki böyük səhv etdi”.