F-1.az xatırladır ki, Esteban Okon gələn ildən etibarən Niko Hülkenberqi əvəz edəcək. Fransalı sürücü Renault-la yayda müqavilə bağlamışdı. Lakin Estebanın “sarılar”ın heyətini nə vaxt qatılacağı naməlum idi.
Renault komandası bu gün verdiyi açıqlamada bildirib ki, Okon dekabrın 2-dən etibarən komandaya qoşulacaq. Bu o deməkdir ki, 23 yaşlı pilot dekabrın 3-ü və 4-də keçiriləcək Əbu Dabi testlərində iştirak edəcək. Testlərin ilk günündə Daniel Rikkardo, ikinci günüdə isə Okon trasa çıxacaq.