F-1.az xatırladır ki, Okon və Peres Macarıstan yarışının startında bir-birilərinə təmas etmişdilər. Force İndia komandasının sürücüləri Azərbaycan yarışında da insident yaşamışdılar.
Esteban Okon: “Artıq bu cür mübarizələrdə diqqətli olmalıyıq. Trasda heç bir bolidə təmas etmək istəməzsiniz. Üstəlik bu bolid sizin komanda yoldaşınıza aiddirsə, onda lap diqqətli olmalısınız. Mən öz üzərimə düşəni etməyə hazıram. Ümid edirəm ki, Serxio da bununla bağlı düşünər. Komanda bizə dedi ki, artıq təmas etməməlisiniz. Mən bu əmrə tabe olacam. İkimiz də peşəkar sürücülərik və bilirik ki, bəzən insidentdən qaçmaq olmur. Hər təmasdan sonra bir-birimizə yumruq atmayacağıq. Amma diqqətli olmalıyıq”.