F-1.az xatırladır ki, Force İndia komandasının iki sürücüsü bu il bir neçə dəfə təmas yaşayıblar. İki sürücü Belçika yarışında da 2 dəfə təmas yaşadılar. Birincisində heç bir problem olmadığı halda, ikinci təmas çox qorxulu oldu. İnsidentdən sonra Peresin arxa təkəri partladığı halda, Okonun ön qanadı qırıldı.
İki sürücü əvvəlcə Kanadada bir-birlərilə yaxın mübarizə aparmış və daha sonra Azərbaycanda insident yaşamışdılar. Bugünkü təmasdan sonra isə Force İndia komandası onların yarışlarına icazə verməyəcəklərini açıqladılar.
Esteban Okon: “Heç nəyə görə həyatımızı təhlükəyə atır. Orada Eau Rouge döngəsinə girərkən həyatımı təhlükəyə atdı. İlk olaraq bu var. İkincisi də çoxlu xallar itirdik. Peşəkar sürücü kimi davranmalı idi. Amma belə etmədi. Heç bir komanda yoldaşına belə etmədi. Mənə niyə belə edir bilmirəm. Onunla kişi kimi danışacam. Ölmək istəyir? Bu axmaqlıqdır. Bilirdiki yanındayam. Birincisi qəbul edirəm. 3 bolid yan-yana gedirdik və görməyə bilərdi”.