F-1.az xatırladır ki, hindistanlılar mövsümün ilk yarışında xalsız qalmışdılar.
Esteban Okon: “Bəhreynə sadəcə bir ön qanad gətirmişik. Onu da daxili qaydalara əsasən, çempionatda öndə olan sürücümüz yoxlayacaq. Hər ikimiz xal qazanmasaq da, Serxio qanaddan istifadə etməlidir.
Harada olduğumuz bəlli olsa da, narazıyıq. Orta qrupun sonuncusuyuq və bu, vacib deyil. Keçən il də mövsümün əvvəli bizim üçün yaxşı keçməmişdi, lakin il ərzində təkmilləşdik. Bu il də eynisini etmək istəyirik. Bəhreyndə zəif yönlərimizi tapmalıyıq”.