E.Okon optimistdir

Force İndia komandasının sürücüsü Esteban Okon bildirib ki, təhlükəsizlik maşını xal almasının qarşısını alıb.

F-1.az xatırladır ki, fransalı sürücü Çində 11-ci olmuş və bu il ikinci dəfə evinə xalsız qayıtmışdı.

Esteban Okon: “Yarışda xal almağa çox yaxın idik, amma yarışdakı insidentlər imkan vermədi. Start pis oldu və vaxt itirdik. Amma yarışı xeyirimizə dəyişə bilirdik. İki pit-stoplu strategiya seçmişdik və hər şey yaxşı işləyirdi. Təhlükəsizlik maşını rejimi başlayana qədər xal alacaq vəziyyətdə idik. Təhlükəsizlik maşınından sonra Qrojanın arxasında ilişib qaldım və çox yaxşı müdafiə olunurdu. Buna görə də Maqnusseni qabaqlayıb xal almaq şansımız da əldən çıxdı. Bizim üçün yaxşı yarış olmasa da, tempimiz yaxşı idi. Buna görə hadisələrə optimist yanaşırıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*