F-1.az xatırladır ki, iki komanda yoldaşı Bakıda təmas yaşamış və Peres mübarizəni vaxtından əvvəl dayandırmışdı. Belçika yarışında da iki sürücü arasında təmas yaşandıqdan sonra komanda onların yarışmasını yasaqlamışdı.
Esteban Okon: “Sözün açığı sosial şəbəkələrdə aldığım təhdidlərdən sonra Meksikada sərt qarşılama gözləyirdim. Amma əvvəldən çox istiqanlı münasibət gördüm. Görək sonra necə olur. Sonuncu dəfə dünən ölüm təhdidi almışdım. Twitter-dən kənarda insanlar məni çox yaxşı qarşıladı. Onlar təkcə Çekonu yox, komandanı da dəstəkləyirlər. Belə mesajlar almaq yaxşı deyil, lakin hələki problem yoxdur”.