F-1.az xatırladır ki, fransalı sürücü sıralanma turunda 5-ci yeri tutsa da, Red Bull sürücüləri cəza aldıqları üçün yarışa 3-cü yerdən başlayacaq. Bu 21 yaşlı sürücünün ən yaxşı sıralanma performansıdır.
Esteban Okon: “Möhtəşəm idi. Komanda buna layiq idi. Bütün sahələrdə çox işləyirlər. Üçüncü yeri tutmaqla hamını təəccübləndirdim. Bolidin dəngəsi əla idi. Son həddə sürə bildim. Yarışda da üçüncü olmaq istəyirik. O podiuma layiqik! Bolidi yağışlı havaya uyğunlaşdıra bildim. Yarış üçün əla fürsətimiz var.
Yağışda özümü təkmilləşdirirəm. Formula1 bolidində uğur qazanmaq əladır. Komanda yaxşı nəticə üçün hər şey etdi. Onları qucaqlayıram”.