F-1.az xatırladır ki, Rio Haryanto Manor-da mövsümün sonuna qədər yarışmaq üçün lazım olan məbləği tapa bilməmişdi. Onu növbəti yarışdan etibarən Esteban Okon əvəz edəcək.
Esteban Okon sürücü nömrəsini seçib. Onun idarə edəcəyi bolidin üzərinə 31 rəqəmi həkk olunacaq.
Qeyd edək ki, 2014-cü ildə FİA hər bir sürücüdən karyerası boyunca istifadə edəcəyi sürücü nömrəsi seçməsini istəmişdi.