F-1.az xatırladır ki, Renault gələn ildən etibarən Hülkenberq və Palmer cütü ilə yarışacağı halda, Force İndia Peres və Okonla yarışacaq.
Amma fransalı sürücü Renault-dan təklif aldığını etiraf edib: “Renault ilə danışıqlar apardığımı təsdiqləyirəm, amma oraya niyə getmədiyimi deyə bilmərəm. Düzünü desəm, mənim üçün vacib olan gələn il yarışmaq idi. Hədəfim gələn il Formula1-də olmaq idi və hədəfimi çox qabaqlamışam. Mən ümid edirdim ki, gələn il burada debüt edim, amma indi buradayam və gələn il güclü komandada olacam”.
Okon Force İndia-ya transferində Mercedes-in təsirini təkzib edib: “Mənə bu fürsəti Force İndia verib. Mercedes karyeramı idarə edir. Mercedes-in Force İndia üzərində təsiri yoxdur. Bundan başqa Hülkenberqin yerinə digər namizəd də Mercedes tərəfindən idarə edilən sürücü (Verlyayn) idi”.