F-1.az xatırladır ki, Belçika Qran Prisindən etibarən Rio Haryantonu əvəz edən Esteban Okon Malayziya Qran Prisinə qədər komanda yoldaşı Paskal Verlyaynı üstələyə bilməmiş, lakin Sepanqda finiş xəttini ondan tez keçmişdi.
Esteban Okon: “Artıq maşında daha yaxşı otura bilirəm. Komandam bu məsələdə mənə kömək etdi. Özümü daha rahat hiss edirəm. Malayziya Qran Prisi kimi pilotu fiziki cəhətdən çox yoran yarışdan sonra belə özümü yaxşı hiss edirdim. Komandamla olan münasibətim getdikcə daha da yaxşılaşır.
Son yarışda yaxşı çıxış etdim. Hədəfim isə Paskalı yox, Sauber sürücülərini məğlub etməkdir. Məqsədim maşının maksimum potensialından istifadə edə bilməkdir. Onları məğlub etmək çətin olacaq, lakin buna cəhd edəcəm. Test etməli olduğum bəzi şeylər var. Əlimizə fürsət düşsə, bundan istifadə etməyə məcburuq”.