F-1.az xatırladır ki, fransalı sürücü Braziliya yarışında rəqibi Ferstappenlə eyni dövrəyə qayıtmaq istəyərkən hollandiyalı rəqibi ilə təmas yaşamış və nəticədə hər iki sürücü yerində fırlanmışdı. Ferstappen buna görə qələbəni əldən vermiş, yarışdan sonra isə tərəzi otağında Okonu itələmişdi.
Esteban Okon: “Ferstappenin tərəzi otağındakı hərəkətinə təəccübləndim. FİA onun bu hərəkətlərinin qarşısını almalıdır. Məni itələdi və yumruqlamaq istədi. Bu isə peşəkar hərəkət deyil. Onunla döyüşməyə öyrəşmişəm. Formula3-də də belə idi.
Maksın arxasında iki dövrə qaldım. İlk dövrəmdə sürətli idim. İkinci dövrəmdə daha sürətli idim. Təkərlərim təzə idi və qaydalara əsasən, onunla bir dövrəyə qayıda bilərdim. Bunu etmək üçün tempim də var idi. Xarici trayektoriyadan ona hücum etdim. Fernandoya da eynisini etdim. Amma nəticəsi fərqli oldu”.