F-1.az xatırladır ki, Okon mövsümün əvvəlində Renault-ya test sürücüsü kimi transfer olunub və Avstraliya, İspaniya və Britaniyada ilk sərbəst yürüşlərində trasa çıxıb.
Okon Silverstounda keçirilən mövsümiçi testlərdə Mercedes-in sükanı arxasına keçmişdi və hər iki gün ərzində ən çox işləyən sürücü olmuşdu.
Okon Britaniyadan sonra Macarıstanda da birinci sərbəst yürüşlərə çıxacaq və beləliklə, ard-arda ikinci dəfə trasa çıxacaq. Okon Colion Palmeri əvəz edəcək.