F-1.az xatırladır ki, fransalı sürücü Soçidə sıralanma turunda karyerasında ilk dəfə son sessiyaya qalıb.
Esteban Okon: “Karyeramda ilk dəfə sıralanma turunun son sessiyasına qaldım və buna görə də xüsusi gün yaşayıram. Komanda burada mükəmmıl iş gördü. Bolidin içində özümü yaxşı hiss edirdim və iki bolidlə də son sessiyaya qaldıq. Son cəhdimdə bir neçə xırda səhv etdim. Bunlar olmasaydı, daha yaxşı yer tuta bilərdim. Amma artıq əlimizdən heç nə gəlmir. Yarışda iki sürücü ilə xal alaraq, builki uğurlu seriyamızı davam etdirmək istəyirik”.