F-1.az xatırladır ki, Avstraliya Qran Prisinin finişinə yaxın verilən restartdan bir qədər sonra komandanın iki sürücüsü bir-biri ilə toqquşaraq yarışı yarımçıq saxlamışdı.
Esteban Okon: “Melburnda çətin startdan sonra yarış hadisəsi baş verdi. Komandada hər şeyi müzakirə etdik, ona görə də heç bir problem yoxdur. Bizim yerimizdə başqa pilotlar da ola bilər. Həmin yarışda yüksək tempimiz var idi, komanda yaxşı nəticəyə iddialı idi. Bu, çox ümidverici ola bilərdi.
Komanda Bakıya yeniliklər gətirib. Bazadakı oğlanlarımız üç həftəlik fasilədə nəinki yeniliklər hazırlamaq, həm də maşınları bərpa etmək üçün çox çalışdılar. Səyləriniz üçün çox sağ olun.
Komanda yeniləmələr gətirəndə həmişə əla olur. Əvvəllər komandanın güclü tərəfi bütün hazırlanan yeniliklərin təsirli olması idi. Qarşıdakı yarışlarda daha çox yeniliklərimiz olacaq.
Bu həftə sonu çoxlu xallar oynanılacaq və ümid edirəm ki, nəticə əldə edə bilərik. Yeni həllərin təsirini görmək üçün sükan arxasına qayıtmağı səbirsizliklə gözləyirəm”.