F-1.az xatırladır ki, Okonun Mercedes ilə uzunmüddətli müqaviləsi var və fransalı hazırda Renault-nun ehtiyat sürücüsüdür. Amna Okon mövsümün ikinci yarısında Manor komandasında yarışmağa başlayıb.
Esteban Okon: “Buraya öyrənmək üçün gəlmişəm. Verlyayn çox sürətlidir. Aramızdakı rəqabətlə maraqlanmıram. Mövsümün ortasında gəlmək çətindir. Təcrübəm ondan azdır.
Bu, işləri çətinləşdirir. Onun çox güclü olduğunu bilirəm. Ona baxaraq inkişaf etməliyəm. Amma aramızdakı rəqabətə baxmıram. Sadəcə öyrənməyə çalışıram. Artıq özümü komandada daha rahat hiss edirəm. İlk gün böyük təəccübə səbəb olmuşdu. Bütün gün ora-bura qaçırdım. Bir gün ərzində 18 mətbuat işçisi ilə görüşdüm. Bu çox idi və yorulmuşdum. Gözləyirdim ki, çox olacaq, amma bu lap çox oldu. Karyerası Mercedes tərəfindən idarə edilən Renault sürücüsüyəm. Bundan artığını deyə bilmərəm. İki komanda ilə işlədiyim üçün xoşbəxtəm. Yarışlar və çempionluqlar qazanıblar. 2017-ci il üçün təklif gəlsə, oraya gedəcəm. Hazırda gördüyüm işə fokuslanmışam”.