Esteban Okon: “Düzdür, onun mətbuatda dedikləri, hər şeyi hamıya elan etməsindən məyus oldum. Bununla bağlı heç bir müzakirəmiz olmayıb. Amma ona olan hörmətimi saxlayacağam. Yaxşı ki, o, Aston Martin-ə gedir, biz də öz yolumuza davam edəcəyik. Düzünü desəm, işin 98 faizi mənim, 2 faizi isə onun öhdəsində idi. Mən çox işləyirdim. Mən simulyatorun hazırlanmasında, marketinqlə bağlı görüşlərdə iştirak etmişəm”.
E.Okon: İşin çoxunu mən görürdüm
F-1.az xəbər verir ki, Alpine pilotu eks komanda yoldaşı Fernando Alonsonun Aston Martin-ə keçidinə yenə rəy bildirib.