E.Okon: İnsanlar məni səhv anladı

Alpine komandasının sürücüsü Esteban Okon bildirib ki, komandası onu səhv anlayıb.

F-1.az xatırladır ki, restartdan əvvəl Alonso yeni pitə gəlmiş və təkərləri daha təzə idi. Buna görə də komandası Okona bildirib ki, restartdan sonra Alonsonu önə buraxsın. Fransalı sürücü cavabında komandasına ara sakitləşən kimi ispaniyalı sürücünü buraxacağını deyib.

Esteban Okon: “Məncə, danışıqlar səhv anlaşıldı, çünki insanlar elə bildilər ki, Alonsonu buraxmayacam. Mən isə dedim ki, özüm Fetteli keçim, sonra Fernandonu buraxacam. Belə də etdim. Onu arxamda saxlaya bilməzdim. Soft təkərlərlə sürətli idi. Komanda əla xallar qazandı. Yəni ki, komanda mənə əmr verməsə də, olardı”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*