F-1.az xatırladır ki, fransalı sürücü 2017 və 2018-ci illərdə Force İndia-da yarışda da, komandanın satılması ilə işsiz qalmışdı. Bu il Mercedes-də ehtiyat və simulyator sürücüsü işləyən fransalı gələn il yarışmaq istəyir.
Esteban Okon: “Tək hədəfim bu deyil. Mümkün qədər tez zamanda sükan arxasına keçmək istəyirəm. Toto Volff gələn il yarışmağım üçün əlindən gələni edir. Danışıqlar çoxdan başlayıb. Tez bir zamanda alınsa, əla olar”.