Sual: Həyatının sonuna qədər yeyə biləcəyin yemək hansıdır?
Okon: Soyutma kartof ilə qızardılmış ət.
Sual: Öz pizzanı bişirəsi olsan, nələrdən istifadə edərdin?
Okon: Marqarita və Cembon.
Sual: Tətil üçün bir yer seçsəydin, bu hara olardı?
Okon: Fransanın cənubu.
Sual: Yarışmaq üçün bir tras seçsəydin, bu hansı olardı?
Okon: Hunqarorinq. Təəccübləndiniz? Bu trası çox sevirəm.
Sual: Hansı avtomobili sürərkən həzz alırsan?
Okon: Mercedes AMG SLC 43.
Sual: Yarışmaq istədiyin avtomobil hansıdır?
Okon: Ayrton Sennanın 1992-ci ildəki bolidi (MP4/7A).
Sual: Hansı oyunu oynamaqdan həzz alırsınız?
Okon: Gran Turismo.
Sual: Ən çox sevdiyin rəng hansıdır?
Okon: Qırmızı.
Sual: Ən çox sevdiyin idman növü hansıdır?
Okon: Təbii ki, Formula1.
Sual: Ən çox sevdiyin içki hansıdır?
Okon: Su.
Sual: Komanda yoldaşını seçmək istəsən, kimi seçərdin?
Okon: Antonio Fuoko
Sual: Ən çox sevdiyin meyvə hansıdır?
Okon: Ananas.
Sual: Ən çox sevdiyin tərəvəz hansıdır?
Okon: Brokoli.
Sual: Hansı Formula1 dövründə yarışmaq istərdin?
Okon: 1970-ci illərdə.
Sual: Formula1-də ən çox sevdiyin döngə hansıdır?
Okon: Qırmızı Su.
Sual: Bir kolleksiya toplamaq istəsən, hansını seçərdin?
Okon: Kubokları.
Sual: Ən yaxşı yarışın hansıdır?
Okon: İmolada, 2014-cü il (European F3 çempionluğunu təmin etdiyi yarış).
Sual: Bir haqqın olsaydı, kim ilə görüşmək istərdin?
Okon: Sevgilim ilə.