F-1.az xatırladır ki, Esteban Okon Silverstoun testlərinin ikinci günündə 139 dövrə vurmuşdu. Avropa Formula3 seriyası üzrə 2014-cü ilin, GP3 seriayası üzrə 2015-ci ilin Dünya Çempionu olan Okon, testlərin son gününü Rəykkönendən sonra ikinci yerdə bitirib.
Qeyd edək ki, Esteban Okon həm Renault Sport F1 komandasında ehtiyat sürücüsüdür, həm də DTM seriyasında Mercedes-in şərəfini qoruyur. Çərşənbə günü W07 Hybrid-in sükanı arxasına keçən fransalı sürücü, özünü rahat hiss etdiyini bildirib və bu şansı verdikləri üçün Mercedes komandasına təşəkür edib: “Boliddə özümü rahat hiss edirdim. Bütün proqramlarımızı tamamladıq və 139 dövrə vurduq. Günə bəzi aerodinamik testlərlə başladıq. Daha sonra isə hər dövrədə sürüşümü təkmilləşdirdim. Xüsusən də Soft təkərlərlə. Komandaya mənə bu fürsəti verdikləri üçün təşəkkür edirəm. Burada çox şey öyrəndim”.