F-1.az xatırladır ki, fransalı sürücü Formula1 karyerasına 2016-cı ildə Manor komandasında başlamış və 2017-ci ildə Force İndia-ya transfer olunmuşdu. 2018-ci ilin sonunda isə Force İndia komandasının əl dəyişdirməsi ilə boşda qalmış və 2019-cu ildə ehtiyat sürücü kimi Mercedes komandasına keçmişdi. Lakin 24 yaşlı pilot 2020-ci ildə Renault komandası ilə yenidən yarışmağa başlayıb.
Esteban Okon: “Lyuislə çox danışdım. Mənə idman haqqında yox, idarəçilik barədə yaxşı tövsiyələr verdi. Ondan xoş sözlər eşitdim. Mənimçün yaxşı müəllim oldu. Zamanını düzgün istifadəsindən, mühəndislərlə işləməsindən və yaşam tərzindən çox təsirləndim. Gərgin həyatı var, amma gördüyü işi tam yerinə yetirir. Sadəcə işinə fokuslanır və bunu həssaslıqla edir. Bir işi bitirdikdən sonra digərinə başlayır. İndi əvvəlkindən daha güclüyəm. Texnologiya barədə daha çox məlumatım var və işin təşkilini, insanların fərqli vəziyyətdə necə davrandığını daha yaxşı bilirəm”.