F-1.az xatırladır ki, Esteban əvvəlcə start zamanı yerində düz dayanmadığı, daha sonra pit-stop zamanı cəzasını ödəyərkən vaxta əməl etmədiyi və nəhayət, pit-leyndə sürət həddini aşdığı üçün cəzalandırılmışdı. O, həmin vəziyyəti şərh edib və növbəti yarışdan olan gözləntilərindən danışıb.
Esteban Okon: “Biz Bəhreyndə buraxılan bütün səhvləri qəbul edirik. Onlar aydındır. Çox vaxt deyirlər ki, yağış yağanda islanmamaq olmur. Bəhreyndə başımıza bu gəldi. Adətən belə anlarla anlayışlı davranırıq. FIA stüardları ilə görüşdüm, hər şeyi aydınlaşdırdıq və davam etdik.
Təəssüflər olsun ki, müasir Formula1 bolidinin sükanı arxasında siz trasdakı işarələri çətin görürsünüz. Yalnız nisbi qaydalar var, onlara əməl etdim və başa düşürəm ki, bu problemi birtəhər həll etməliyəm.
Bu həftə sonu məqsədimiz xal qazanmaqdır. Trası maşınımıza uyğun gəlməyən Bəhreyndə buna nail ola bildik, indi Ciddədə daha yaxşı nəticə əldə etməyə çalışacağıq. Keçən il burada beşinci yeri tutmuşdum, yarışdan həzz almışdım. Ümid edirəm ki, bu həftə sonu da belə olacaq. Məqsədimiz yaxşı nəticə əldə etmək, bu mərhələni uğurla başa vurmaqdır”.