F-1.az xatırladır ki, fransalı sürücü cümə sərbəst yürüşlərində 10-cu olub.
Esteban Okon: “Sıralanma turunda son sessiya üçün mübarizə aparıb, onluğa düşmək istəyirik. Ümid edirəm ki, bacararıq.
Gözlədiyimizdən daha çox dövrə vurduq və yaxşı gün oldu. Bolid hər iki sessiyada da yaxşı performans göstərdi və vacib məlumatlar topladıq. Tək təkər dəstindən yaxşı istifadə etdim və indi şənbə gününü səbirsizliklə gözləyirəm.
Bu trasda sürmək gözəldir. Yağışda belə özümüzü yaxşı hiss etdim. Buna görə də sabah quru havada sürmək üçün səbirsizlənirəm”.