E.Okon hansı proqramla məşq edib?

Force İndia komandasının yeni sürücüsü Esteban Okon 2017-ci ildə fiziki yüklənməyə davam gətirə bilmək üçün ağır rejimdə idman edib.

F-1.az xatırladır ki, yeni mövsümdə təkərlərin eninin 25 faiz artması ilə asfaltayatma qüvvəsi çoxalacaq. Beləliklə, bolidlər döngələrdə daha sürətli olacaq. Buna görə də, sürücülərin üzərinə düşən yüklənmənin artması gözlənilir.

Esteban Okon qışdakı idman proqramından danışıb: “Əvvəlcə protein diyetasına başladım. Bu çətin idi və yaxşı qidalanmalı idim. Bunu saxladıqdan sonra yarım kilo arıqladım. Mənim üçün çətin dövr idi. Həftədə 9 saat kardio edirdim və qalan 10 saatda məşq zalında işləyirdim.

Yeni mövsümə başlamaq üçün əlverişli çəkidə olduğumu düşünürəm. Keçən il limitdə idim və buna görə bir az arıqladım. Yeni mövsüm fiziki cəhətdən çətin olacaq, amma özümü hazır hiss edirəm. Mövsümün başlanmasını və gözəl nəticələr almağı səbirsizliklə gözləyirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*