E.Okon Haloya öyrəşib

Force İndia komandasının sürücüsü Esteban Okon bildirib ki, Haloya öyrəşmək asandır.

F-1.az xatırladır ki, fransalı sürücü testlərin ikinci günündə 79 dövrə ataraq 1:21.841 zaman nəticəsi göstərib və 9-cu yeri tutub.

Esteban Okon: “Hava çox soyuq idi və trasda mümkün qədər çox qalaraq ən yaxşı anı tutmağa çalışdıq. Onsuz da günün sonunda qar da yağdı və bunu gözləmirdik. Soyuğa baxmayaraq, boliddə özümü yaxşı hisa etdim. Testlər hələ təzə başlayıb və bolidlə bağlı çox şey öyrənməliyik. Xüsusən də təkərləri anlamaq üçün hava çox soyuqdur. Haloya artıq öyrəşmişəm. Onsuz da bunu gözləyirdik. Azarkeşlər də tezliklə öyrəşəcəklər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*