F-1.az xatırladır ki, həm Həmiltonun, həm də Bottasın komandaları ilə müqaviləsi ilin sonunda bitəcək. Buna görə də Mercedes Sürücü proqramında yetişmiş Okon özünü isbatlamaq istəyir.
Esteban Okon: “Məncə, karyeramın vacib illərindəndir. Keçən il çox şey öyrəndikdən sonra hamı məndən güclü performans gözləyir. Bu normaldır və rəhbərlərim buna fikir verirlər. Karyerama Mercedes nəzarət edir. Buna görə də rəhbərlərim qarşıma hədəflər qoyublar. Bunlara riayət etməliyəm. Burada işim çoxdur və həmişə fürsətlər olacaq. Amma hazırda Force İndia-ya fokuslanmışam”.