E.Okon: Gərgin sessiya idi

Alpine komandasının sürücüsü Esteban Okon bildirib ki, çox gərgin sıralanma turu keçirib.

F-1.az xatırladır ki, fransalı sürücü Ciddədəki sıralalanma turunda 7-ci olsa da, Leklerin cəriməsinə görə yarışa 6-cı yerdən başlayacaq.

Esteban Okon: “Çox gərgin sıralanma turu idi. Fərqlər çox az idi və risk almalı idik. Ən sürətli dövrəmdə iki dəfə divara təmas etdim. İlki ilk döngədə, ikincisi son döngədə. Orada elə bildim ki, maşın zədələndi.

Maksimum nəticə qazandım və xoşbəxtəm. Son sərbəst yürüşlər istədiyimiz kimi keçməmişdi. Sıralanma turunda bolidi təkmilləşdirdik və xoşbəxtəm. Bəhreynə nisbətən yaxşı vəziyyətdəyik.

Yarışda yaxşı start almağı və Bəhreyndə yaşananları unutmaq istəyirəm. Komanda olaraq maksimum xal hədəfləyirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*