E.Okon: “Gələn il barədə danışmaq hələ tezdir”

Esteban Okon Silverstoun testrlərindəki güclü performansından sonra çıxan "gələn Renault-da yarışacaq" dedi-qoduları ilə maraqlanmır.

F-1.az xatırladır ki, Okon 2014-cü ildə Formula3 seriyasında Maks Ferstappen ilə mübarizə apararaq mövsümü 9 qələbə ilə bitirirmiş və çempion olmuşdu. Silverstoun testlərində Mercedes ilə trasa çıxan fransalı sürücü, eyni zamanda Renault-nun test sürücüsüdür. O haqqında çıxan dedi-qodulara baxmayaraq, işinə fokuslanacağını bildirib: “Gələnilki hədəfim Formula1-də olmaqdır və bütün planlarımı bu istiqamətdə qurmuşam. Gələn il üçün hazır olmağa çalışıram. Bu barədə danışmaq hələ tezdir. Hələ birinci sərbəst yürüşlərdə trasa çıxmağa davam edirəm və gələn ili düşünməyin tez olduğunu bilirəm”.

Okon bildirib ki, Formula1-də yarışmaq üçün lazımi təcrübəyə sahibdir: “Yarış üçün hazıram. Uzun müddətdir ki, Formula1-in içindəyəm. Buna görə də əlimə fürsət düşsə, yarışmağa hazıram”.

Okon Renault-nun uzunmüddətli bir parçası olma ehtimalı barədə də danışıb: “Bəli. Hədəfim çempion olmaqdır. Çoxlu iş görməliyəm. Komanda hazırkı performansını artırmalıdır. Bunu bacara bilərlərmi? Bilmirəm, amma mümkün qədər çox işləyirlər. Buna layiqdirlər”.

Okon Renault və Mercedes-ə bağlı olmasına baxmayaraq, digər komandalara da qapılarını bağlamır: “Mən Renault sürücüsüyəm, amma Mercedes tərəfindən idarə edilirəm. Harada fürsətim olsa, orada olacam. Buna rəhbərim qərar verəcək. Tamamilə özümə fokuslanmışam və bu adamların gələcəyim barədə düzgün qərar verəcəklərinə inanıram. Onlara güvənirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*