F-1.az xatırladır ki, fransalı sürücü Niderlanddakı ilk gündə 7-ci olub.
Esteban Okon: “Bəzi sahələrdə inkişaf edə bilərik. Lakin cümə günü çox güclü idik. Bu il ilk dəfə belə mükəmmələ yaxın balansımız oldu. Trasın yüksək asfaltla ilişməsi olduğu üçün bolidin balansı da güclüdür. Cümə günü bolidi sürməkdən həzz aldım. Ümid edirəm ki, şənbə günü də eynisi olar.
Simulyatorda çox vaxt keçirdiyimiz üçün tez sazlanma tapdıq. Düzdür, real trasda kiçik sazlanmalar edirik, ancaq simulyatorda bizə vaxt qazandıracaq sazlanmalar tapırıq. Bazadakı uşaqlaru reallığa yaxın simulyator düzəltdikləri üçün təşəkkür edirəm”.