F-1.az xatırladır ki, fransalı sürücü son iki ili Force İndia komandasında yarışıb və gözəl performans göstərib. Lakin Force İndia komandasının Lourens Strolla satılmasından sonra Okon komandasız qalıb. Özünə komanda tapa bilməyən gənc sürücü hazırda Mercedes komandasının ehtiyat sürücüsüdür.
Esteban Okon: “Hazırda pozitivəm. Çoxlu çempionluğu olan bir komandada işləyirəm. Bu komanda uzun illərdir məni dəstəkləyir. Məni həmişə dəstəklədilər və hazırda onların heyətindəyəm. Bütün yarışlara gedəcəm və əlimə fürsət düşən kimi bunu ən gözəl formada dəyərləndirəcəm”.