E.Okon: Fransanın qalması üçün hər şey edəcəm

Alpine komandasının sürücüsü Esteban Okon bildirib ki, Fransa Qran Prisinin təqvimdə qalması üçün əlindən gələni edəcək.

F-1.az bildirir ki, Fransa 1906-cı ildən bəri 88 avtomobil yarışı qəbul edib. Formula1-in yarandığı 1950-ci ildən bəri Fransa ya da Monako hər il yarış qəbul edib.

Hazırda təqvimdə 23 yarış var və Las Veqasın da gələn il təqvimə girməsi ilə Fransa, Monako və Belçika kimi tarixi trasların təqvimdən çıxacağl barədə söz-söhbətlər gedir.

Esteban Okon: “Yeni trasla kəşf etdiyim üçün sevincliyəm, amma Fransanın təqvimdə qalmasl üçün hər şey edəcəm.

Düzdür, mən idmana gələndə Fransa təqvimdə yox idi. Qayıdacağı ilə bağlı söz-söhbətlər gedirdi və qayıtdı. Orada fransalı fanatlarla gözəl xatirələrimiz oldu və oraya getmək mənim üçün xüsusidir. Buna görə də hələ müəmmalı olsa da, trasın risk altında olduğunu eşitmişəm və məyusam. Fransa Qran Prisinin təqvimdə qalması üçün əlimdən gələn hər şeyi edəcəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*