F-1.az xatırladır ki, fransalı sürücü doğma publika önündə yarışa 11-ci yerdən başlasa da, finişdə 13-cülüklə barışıb və Bakıdan sonra Pol Rikardan da xalsız ayrılıb.
Esteban Okon: “Bizim üçün ən yaxşı yarış deyildi. Start yaxşı idi və ilk döngədə bir neçə yer qazandım. Ancaq ondan sonra işlər bir az çətinləşdi. Həm Medium, həm də Hard təkərləri çox tez zədələdik. Ondan sonda tempimiz heç də yaxşı deyildi. Bu yarışda nəsə çatmırdı və səbəbini anlamalıyıq.
İlk pit-stoplardan əvvəl Alonsoya çatdım, çünki fərqli strategiyalarda idik. Mən Hard təkərlərdə idim və həmin vaxt yeyilmə az idi. Həmon vaxt taktikanı dəyişə bilərdik. Lakin bir işə yarayacağını inanmıram”.