Komandaya gələ biləcək sürücülərin siyahısında Esteban Okon, Paskal Verlyayn, Colion Palmer və Felipe Nasrın adları var – komandanın idarə heyətinin Vicey Malyanın rəhbərliyi altında keçirilən yığıncağında bu dörd sürücü barədə müzakirələr aparılıb. Əldə edilən məlumatlara görə, komanda Okonun transferində maraqlıdır. Hazırda danışıqların getdiyi, bu qərarda Okonun Force İndia ilə qoşulduğu testlərdəki yaxşı çıxışının da vacib rol oynadığı bildirilir.
Komandanın Okonu seçməsinə təsir edən digər amil isə Force İndia-nın Mercedes mühərriklərindən istifadə etməsi ola bilər. Keçidin bir neçə həftə ərzində rəsmi şəkildə elan olunması gözlənilir.