F-1.az xatırladır ki, Okon 2014-cü ildə Formula3-də Prema komandası ilə Dünya Çempionu olmuş, Ferstappen isə debüt mövsümündə Van Amersfoort komandası ilə uğurlu mövsüm keçirsə də, fransalı sürücüdən geridə qalmışdı.
Amma buna baxmayaraq, hollandiyalı sürücü 2015-ci ildə Toro Rosso ilə Formula1-də debüt etmiş və 2016-cı ilin 5-ci yarışından etibarən Red Bull-a transfer olunaraq, ilk qələbəsini qazanmışdı. Esteban Okon isə 2016-cı ilin ikinci yarısından etibarən Manor-da debüt etmişdi və bu mövsümdən etibarən Force İndia komandasının şərəfini qoruyacaq.
Esteban Okon: “Hər bir sürücü kimi mən də Dünya Çempionu olmaq istəyirəm. Gələcəkdə hansı komandada olacağımı bilmirəm, amma istədiyim budur. Rəqabətədavamlı boliddə Maksla mübarizə aparmaq üçün səbirsizlənirəm.
Onun performansını görürəm və əminəm ki, gələcəkdə daha güclü olacaq. Heç kim ondan belə performans gözləmirdi, amma indi çempionluğa əsas namizədlərdəndir. Ümid edirəm ki, mənim üçün yeni mövsüm əla keçər”.