F-1.az xatırladır ki, Okon və Ferstappen iki il əvvəl Avropa F3 çempionatında mübarizə aparmışdılar və hər iki sürücünün təkər-təkərə mübarizələri olmuşdu.
Amma Ferstappen 2015-ci ildə Formula1-də debüt etdiyi halda, Okon Formula1 karyerasına builki yay tətilindən sonra Manor komandasında Rio Haryantonu əvəz edərək başlamışdı.
Okon Ferstappen barədə danışıb: “FİA o dövrlər bizim mübarizəmizdən narazı idi. Bəzən ikimiz də limitlərdə sürürdük və təkər-təkərə mübarizə aparırdıq. Təhlükəli olduğunu bilirəm, amma heç vaxt qəza etmədik. Təbii ki, bu cür yarışlar həmişə həzz vermir. Maks mənə nisbətən daha aqressiv sürücüdür. Hər yarışda eyni aqressivlik dərəcəsində yarışmaq istəyir. Mən isə lazım olduqda bunu edirəm”.