F-1.az xatırladır ki, fransalı sürücü Hunqarorinqdəki yarışa 18-ci yerdən başlayacaq.
Esteban Okon: “Birinci sessiyada uduzmaq pis oldu. Səbəbi əyləc problemi idi. Quru hava təkərləri üçün pitə gəldik. Nəticələr yaxşılaşırdı, amma əyləc pedalımda problem yarandı. Vəziyyəti düzəltməyə çalışsaq da, 100 faiz performansımı göstərə bilmədim. Çətin dövrdəyik və geridən başladığım üçün sevinmirəm”.