F-1.az xatırladır ki, fransalı sürücü Belçika yarışının son dövrələrində rəqibi Elbona hücum edərək yarışı beşinci bitirib və builki ən yüksək nəticəsini əldə edib.
Esteban Okon: “Əla nəticə idi. Komanda əla həftəsonu keçirdi. Bolid sürətli idi. Barselonadakı çətin yarışdan sonra özümüzə gələ bildik. Son yarışa nisbətən çox inkişaf etmişik. Buna görə də razıyam.
Növbəti yarış bu trasa bənzəyən Montsadadır. Orada da yaxşı nəticə gözləyirik. Bəlkə də, daha güclü olarıq.
Yarışın əvvəlində Elbonu keçmişdim. Amma Pit-Stopdan sonra onun gerisinə düşdüm və yenidən keçməli oldum. Düzlük sürətimiz yüksək idi. Buna görə də Montsa yarışını səbirsizliklə gözləyirəm”.