F-1.az xatırladır ki, fransalı sürücü Portuqaliya yarışına 6-cı yerdən başlayacaq.
Esteban Okon: “Çox çətin idi. Hava çox küləkli idi və son sessiyada şiddəti artdı. Buna görə də ən yaxşı dövrəmi ikinci sessiyada atdım. Son sessiyada isə maşın fərqli davranırdı. Yenə də əla işlədik. Bolidin reaksiyasını anladıq. Xırdalıqların üzərində işləməliyik. Bu həftəsonu yaxşı təkmilləşdik. Belə davam etməliyik”.