F-1.az xatırladır ki, fransalı sürücü Çində sıralanma turunda 12-ci yeri tutub.
Esteban Okon: “Nəticəmdən tam razı deyiləm. Daha yaxşı yerdə olmaq istərdim. Sıralanma turunun son sessiyasını kiçik fərqlə əldən verdim. Kiçik səhv edərək, 0.1 saniyə itirdim. Elə üçüncü sessiyanı da 0.1 saniyə ilə əldən verdim. Bu, orta qrupun çox yaxın olduğunu göstərir. Son sessiyaya qala bilmədiyim üçün məyusam. Yarışa istədiyimiz təkərlə başlayacağıq. Hədəfimiz xallar almaqdır”.