E.Okon da startda 5 yer itirəcək

Racing Point komandasının sürücüsü Esteban Okon ötürmələr qutusu dəyişdirildiyi üçün Braziliya yarışının startında 5 yer itirəcək.

F-1.az xatırladır ki, fransalı sürücü iki həftə əvvəl Meksikada 11-ci olmuşdu və telemetriya məlumatlarında ötürmələr qutusunda problem aşkarlanmışdı.

Force İndia komandasınım hazırkı əsas hədəfi Mühəndislər Kubokunda McLaren-i qabaqlamaqdır. Qeyd edək ki, Britaniya komandası hazırda “çəhrayılar”ı cəmi 15 xal qabaqlayır.

Okon Braziliya yarışında ötürmələr qutusunu dəyişən yeganə sürücü olmasa da, rəqibləri cəza almayacaq. Həmilton, Stroll, Maqnussen ötürmələr qutusunu 6 yarışdan sonra dəyişdikləri üçün cəza almayacaqlar. Rikkardo və Sayns isə Meksikada mübarizəni dayandırdıqları üçün yeni ötürmələr qutusu istifadə edə biləcəklər. Amma Rikkardo yeni turbindən istifadə etdiyi üçün startda 5 yer itirəcək…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*