F-1.az xatırladır ki, fransalı sürücü Bəhreyndə 10-cu yeri tutaraq komandasına mövsümdə ilk xalı qazandırmışdı.
Esteban Okon: “Bəhreyndə qazandığımız xal gərgin həftəsonundan sonra gözəl mükafat oldu. Çox şey öyrəndik və boliddə bəzi şeyləri təkmilləşdirdik. Yarışdan həzz aldım, çünki bir neçə dəfə yaxşı mübarizə apardım. Yarış ərzində həmişə gərgin idim. Son dövrələrdə bir rəqibimi qabaqlayanda çox sevindim, çünki xal qazanacaqdım.
Çində sadəcə bir dəfə yarışmışam. Amma yaxşı təcrübə idi. Çətin trasdır və çox ağır döngələri var. Qüsursuz dövrə vurmaq çox çətindir. Bunun üçün porebriklərdən düzgün istifadə etmək lazımdır. Ötmələr mümkün olsa da, çətindir. Bəzən 6-cı döngədə və arxa düzlüyün sonunda ötmə etmək üçün şansınız olur. Çində sürətli olmaq üçün bolidə güvənməlisiniz. Bu həftə çoxlu yenilik gətiririk və bizi çətin cümə günü gözləyir”.