F-1.az xatırladır ki, fransalı sürücü ABŞ-dakı sıralanma turunda mükəmməl performans göstərərək, 7-ci yeri tutub və Ferstappenin cəza alması ilə yarışa 6-cı yerdən başlayacaq.
Esteban Okon: “Nəticədən çox razıyam. Komanda yenə əla iş gördü. Bütün sessiyalarda sürətliyik və yarışda yaxşı xallar ala bilərik. Doğrusu sessiya bir az çətin başladı və özümü yaxşı hiss etmirdim. Başım ağrayırdı və mədəm pis vəziyyətdə idi. Amma özümə inandım və yaxşı sessiya keçirdim. Yarışa hazır olmağa çalışacam”.