E.Okon cərimələnib

Renault komandasının sürücüsü Esteban Okon sıralanma turunda Corc Rasseli blokladığı üçün startda üç yer itirəcək.

F-1.az xatırladır ki, fransalı sürücü Yubiley Qran Prisinin sıralanma turunda Covinatsini ötmək istərkən Corc Rasseli bloklayıb və bu da britaniyalı pilotun vaxt itirməsi ilə nəticələnib. Bu hadisədən sonra Corc rəqibini radio vasitəsilə şikayət edib və onun hərəkətlərinin təhlükəli olduğunu deyib.

Sıralanma turundan sonra stüardlar indsidenti araşdırıblar. Onlar bildiriblər ki, Okon rəqibi Covinatsini keçərkən Rasseli əngəlləyib və komandası ona bu barədə məlum olub.

Nəticədə Okon startda 3 yer itirəcək və yarışa 14-cü yerdən başlayacaq. Bundan başqa 24 yaşlı pilotun lisenziyasına bir cəza xalı yazılıb.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*