F-1.az xatırladır ki, fransalı sürücü bu il bütün yarışları bitirərək, mükəmməl performans göstərib.
Esteban Okon: “İnterlaqos təqvimdə ən çox sevdiyim trasdır. Keçən il burada yağışlı havada əla iş görmüşdüm. Səhvə açıq trasdır və bunu kompensə etmək asan olmur. Burada olduğum üçün xoşbəxtəm. Burada havanı əvvəldən proqnozlaşdırmaq mümkünsüzdür. Yağışda sürmək həzz verirdi, amma quru havada da gözəl nəticə gözləyirik. Yarışdan başqa buradakı insanları və yeməkləri çox sevirəm. San Paulu gözəl şəhərdir və həzz almağa çalışacam”.