F-1.az xatırladır ki, fransalı sürücü yarışa 14-cü yerdən başlasa da, yekunda 10-cu olaraq, bir xal qazanıb. Yarış ərzində Alonsonu izləyən Okon ispaniyalını keçərək 10-cu yerə yüksəldikdən sonra Hülkenberqdən müdafiə olunmalı olub.
Esteban Okon: “Melburndakı yarışda 10-cu yeri tutmaq mənim üçün böyük sürpriz oldu. Bütün yarışı Fernando ilə mübarizə apardım. Amma ona yaxınlaşıb, hücum edə bilmədim. Alonso kimi sürücü ilə mübarizə aparmaq çətindir və trasdakı şəraiti də nəzərə alanda işlər daha da çətinləşir. Amma sonda bir boşluq tapıb, onu keçə bildim. Nəticəyə görə çox xoşbəxtəm. Ümid edirəm ki, növbəti yarışlarda daha çox xal qazanarıq”.