E.Okon: Bolid yaxşı vəziyyətdədir

Alpine komandasının sürücüsü Esteban Okon bildirib ki, cümə günündən sonra yaxşı vəziyyətdədirlər.

F-1.az xatırladır ki, fransalı sürücü Monakoda podium qazandıqdan sonra Barselanadakı cümə sərbəst yürüşlərindən sonra da lider qrupa yaxın olub.

Esteban Okon: “Kataloniya trasında komanda üçün əla cümə günü oldu. Hər iki sessiyadan da yaxşı istifadə etdik və planlaşdırdığımız proqramı tətbiq etdik. İki sessiyada da dəyişikliklər etdik, amma maşını həm dolu, həm də boş çəndə gücləndimək üçün görülməli işlərimiz var. Ümumilikdə gördüyümüz işlərdən razıyam və sıralanma turunda daha yaxşı olmaq üçün nə edəcəyimizi bilirik”.

Pyer Qasli: “Barselonada bizim üçün əla gün oldu. Boliddə özümü yaxşı hiss edirəm və həftəsonuna yaxşı başladıq. Bu da bizə yaxşı təməl verir. Stasionar trasa qayıtmaq gözəldir və şikansız konfiqurasiyada sürməkdən həzz aldım. Bu dəyişiklikdən sonra tras sürətlənib. Bəzi şeyləri həll etməliyik. Hədəfimiz sıralanma turunda son sessiyaya qalmaqdır”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*