F-1.az xatırladır ki, fransalı sürücü ABŞ-da yarışa sonuncu yerdən başlasa da, 1 xal qazana bilib.
Esteban Okon: “Ostində bir xal qazandım. Yarışa pit yolundan start verdikdən sonra pis nəticə deyil. Bolidimiz sürətli idi, amma mükəmməl həftəsonu deyildi. Meksikada güclü olmaq üçün performansımızı artırmalıyıq.
Özümü yaxşı hiss edirəm və mövsümü major notlarda bitirmək istəyirəm. Mövsümün sonu olsa da, yarışlardan yaxşı nəticə qazanmaq vacib olacaq.
Komandanı çox çətin 3 yarış gözləyir. Mühəndislər Kubokunda dördüncü olmaq üçün əlimizdən gələni edəcəyik”.