E.Okon: “Bir metr çatmadı”

Force İndia komandasının sürücüsü Esteban Okon bildirib ki, liderliyi bir metrlə əldən verib.

F-1.az xatırladır ki, iflasdan son anda qurtulan Force İndia komandası Belçika Qran Prisinin sıralanma turunda ikinci cərgəni tutub. Yarışın ilk dövrəsində Fettellə Həmiltonun mübarizəsindən istifadə edən Okon Kemmel düzlüyünün sonunda iki Dünya Çempionu ilə yan-yana gəlsə də, ayağını əyləcdən tez götürüb və komanda yoldaşı Peresi də önə buraxmalı olub.

Esteban Okon: “Yaxşı start aldım və ilk döngədə Seb ilə yan-yana gəldik. Amma onun bolidi daha tez sürətləndi. Liderliyi ələ almaq, bəlkə də, mümkün idi. Yaxınlaşdım və hava kisəsi yaxşı idi. Bir metr çatmadı. Yenidən həmin epizoda baxacam. Ancaq yaxşı və ədalətli yarış oldu. Hamımız oraya sığa bilməzdik. Təhlükəsizlik üçün tez əyləndim və Serxionun yeri mükəmməl idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*