F-1.az xatırladır ki, Force İndia komandası Lourens Strolla satıldıqdan sonra Okon işsiz qalıb. Bunun səbəbi isə Ləns Strollun atasının komandasına keçməsidir.
Toto Volff: “Belə güman edirəm ki, 2020-ci ildə ona yaxşı komanda tapılacaq. Bir il fasilə verəcək, amma komanda ilə bir olacaq və inkişafa kömək edəcək. İşlər qaydasında olmasa da, ona dəstək olmalıyıq. Vəziyyət pis olsa da, Williams-dan başqa çarəmiz yoxdur. Əlimizdən heç nə gəlmir.
Məncə, Kler Uilyams komandası üçün ən yaxşı cütü seçməyə çalışır. Lakin qərar verə bilmir. Bu qərarı tezliklə verə biləcəyini düşünmürəm”.